(1.1.1934, Göyçay r-nunun Alxasava k. – 26.7.2008, Bakı ş.) – riyaziyyatçı, pedaqoji e.d. (1996), prof. (1998).
1958 ildə APİ-nin Fizika-riyaziyyat fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra 1961 ilə qədər Göyçay r-nunun Alpout k., Göyçay ş. 4 saylı orta məktəbdə müəllim, Göyçay r-n partiya komitəsində təlimatçı işləyib. 1961-64 illərdə S.Kirov adına ADU-da Mexanika-riyaziyyat fakültəsində laborant, baş laborant işləyib. 1964-70 illərdə Göyçay r-nunun Alxasava k. məktəbinin direktoru olub.
1974 ildə “Stereometriyanın tədrisi prosesində planimetriya üzrə materialların konsolidasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996 ildə Moskva Dövlət Pedaqoji Universitetində “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə “Orta məktəbdə riyaziyyatın öyrənilməsində şagirdlərin biliklərinin möhkəmləndirilməsinin metodik sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1970 ildən ömrünün sonuna kimi, 2008 ilədək APİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasında çalışıb.
Məlumat B.İmranovun oğlundan alınıb.