oyk., sadə. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 34 km c.-ş.-də Yuxarı Şirvan kanalının sahilində, İsmayıllı–Müsüslü şose yolu kənarında, Şirvan düzündədir. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri qıpçaqların əncə tayfa adı ilə bağlıdır.
Mənbə: ASE. 10 cilddə, IV cild, Bakı, 1980, s. 483
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 259.