(1.9.1952, Göyçay ş.) – iş adamı, tarix ü.f.d.
Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib (1977). Gəmiqayırma zavodunda texnik.-konstruktor kimi çalışıb. Azərb. LKGİ MK katibi (1982-85) olub. Sov.İKP MK yanında İctimai EA-nın məzunu olub. Göyçay r-n İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib (1990-92). Azərb. parlamentinin deputatı olub (1990-95). F.İsayev 2001 ildən “Lukoyl” qrupuna daxil olan təşkilatlarda çalışır. Hazırda “Lukoyl-Moldova” ATC-nin baş direktorudur. Bu şirkət 1999 ilin noyabrında Ukraynada neft məhsullarının satışının pərakəndə şəbəkəsinin yaradılması üçün təşkil olunub. “Lukoyl-Ukraina” törəmə müəssisəsinin açılışı ilə “Lukoyl” Ukraynada qapalı istehsal dövriyyəsinin yaranmasını: xammalın çatdırılması, neft məhsullarının istehsalı, nəqli və son istehlakçıya satılmasını başa çatdırıb. 2009 ilin yanvarından “Lukoyl-Ukraina” şirkətinin bazasında Qara dəniz regionlararası birliyi yaradılıb. Birliyin tərkibinə “Lukoyl”un Ukraynadakı, Moldovadakı və Rumıniyadakı istehsal sahələri daxildir. F.İsayev RF-nin dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.
Məlumat V.Abdullayevdən alınıb.