(1.9.1952, Göyçay ş.) – tanınmış iş adamı, tarix e.n, deputat (1990-95).
Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib (1977). Gəmiqayırma zavodunda texnik-konstruktor kimi çalışıb. Azərb. LKGİ MK katibi (1982-85). Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı (1990-92), Azərbaycan parlamentinin deputatı (1990-95). F.İsayev 2001 ildən “Lukoyl” qrupuna daxil olan təşkilatlarda çalışır. Hazırda “Lukoyl-Moldova” ATC-nin Baş direktorudur. Bu şirkət 1999 ilin noyabrında Ukraynada neft məhsullarının satışının pərakəndə şəbəkəsinin yaradılması üçün təşkil olunub. “Lukoyl-Ukraina” törəmə müəssisəsinin açılışı ilə “Lukoyl” Ukraynada qapalı istehsal dövriyyəsinin yaranmasını: xammalın çatdırılması, neft məhsullarının istehsalı, nəqli və son istehlakçıya satılmasını başa çatdırıb. 2009 ilin yanvarından “Lukoyl-Ukraina” şirkətinin bazasında Qara dəniz regionlararası birliyi yaradılıb. Birliyin tərkibinə “Lukoyl”un Ukraynadakı, Moldovadakı və Rumıniyadakı istehsal sahələri daxildir.F.İsayev Rusiya Federasiyasının dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.102