(25.9.1962, Göyçay r. – 20.1.1990, Bakı ş.) – 20 Yanvar şəhidi.
Birinci sinfə Göyçay ş. 1 saylı məktəbinə getmişdir. Bu məktəbdə səkkiz il təhsil aldıqdan sonra, 1976 ildə Bakıya gəlmiş və 10 saylı ümumtəhsil Texniki peşə məktəbinə daxil olmuşdur. Bu məktəbdə o, qaynaqçı peşəsinə yiyələnmişdir. Məktəbi bitirib r-na qayıtdıqdan sonra müəyyən fasilələrlə ayrı-ayrı idarələrdə işləmiş, 1981 ildə əsgəri xidmətə yollanmışdır. O, Çitadan kiçik serjant rütbəsi ilə qayıtmışdır.
1983 ildə İsayev Bakıya gəlib və Məişət kondisionerləri zavodunda çalışıb. 1990 ilin məlum hadisəsinə kimi zavodda cilalayıcı işləyir. Salyan kazarması qarşısında yanvarın 20-nə keçən gecə alın nahiyyəsindən aldığı güllə yarasından keçinmişdir. Hazırda Göyçaydakı küçələrdən biri R.İsayevin adını daşıyır.
Mənbə: Ə.Əlioğlu. Ruhların səsi (Göyçay şəhidləri). Bakı, İşıq, 1995, s.60