(İsgəndər Məmməd oğlu Hümbətov) (1927, Göyçay ş.–10.12.1996, Bakı ş.) – şair-dramaturq.
1927 ildə Göyçay ş.-də fəhlə ailəsində doğulub. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakultəsinə daxil olub. Həmin il “Mavzoleydə“ adlı ilk mətbu şeri “Ədəbiyyat və incəsənət“ qəzetində çapdan çıxıb. 1952-55 illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1962 ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib. 1996 il dekabrın 10-da vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.58