(6.8.1961, Bakı ş.) – diplomat, Azərb. Resp. İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında Fövqəladə və səlahiyyətli səfiri (2021–hal-hazırda).
Kiyev Milli Universiteti Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər/İngilis dili üzrə tərcümə fakültəsini bitirib (1983). ADİU-nun Siyasi iqtisadiyyat kafedrasında aspirant, elmi işçi və dosent vəzifəsində (1983-86), daha sonra Azərb. Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində çalışıb (1984-85). 1995 ilin aprel ayında Azərb. Resp. Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və təhlil idarəsinin rəisi vəzifəsində işə başlamışdır.
1999 ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeşt ş.-də Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramına qoşulmuşdur. 2000-03 illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2002-06 illərdə Azərb. Resp. milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2001 ildə ABŞ-ın Harvard Universitetinin C.F.Kennedi İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramında, 2002 ilin iyul ayında ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən qanunvericilik üzrə icra kurslarında, 2006 ilin yanvar ayında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Milli Hərbi Strategiya üzrə seminarında iştirak etmişdir. Daha sonra Azərb. Resp. XİN-in xüsusi tapşırıqlar üzrə səfiri (2006), Azərb. Resp. YUNESKO üzrə Milli Komissiyasının baş katibi (2006-07), Azərb. Resp. Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri (2007-12), Azərb. Resp. Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərb. Resp. Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri (2012-21) olmuşdur. 26 iyul 2021 tarixindən Azərb. Resp. İsveçrə Konfederasiyasında Fövqəladə və səlahiyyətli səfiridir.
Mənbə: Tərcümeyi-hal. pdf (mfa.gov.az)
V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.49-55