(10.5.1956, Ağdam r.-13.11.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
İsmayılov də bir çox döyüşçülər kimi torpağının müdafiəsi uğrunda döyüşlərə könüllü qoşulmuşdur. O, 1992 ildə əsgəri xidmətə çağırılıb. Ağır keçən döyüş yollarında iki dəfə yaralanmış, sağaldıqdan sonra yenidən cəbhə bölgələrinə qayıtmışdır. Onun həyatla vidalaşdığı gün 1994 il noyabrın 13-də olmuşdur. Kəşfiyyata gedərkən İsmayılov düşmənin basdırdığı minaya toxunaraq həlak olmuşdur. Şəhidlik zirvəsinə qovuşan İsmayılov Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Mənbə:Ə.Əlioğlu. Ruhların səsi (Göyçay şəhidləri). Bakı, İşıq, 1995. s.74