(10.5.1956, Ağdam r-nu – 13.11.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Ə.İsmayılov 1992 ildə əsgəri xidmətə çağırılıb. Ağır keçən döyüş yollarında iki dəfə yaralanıb, sağaldıqdan sonra yenidən cəbhə bölgələrinə qayıdıb. 1994 il noyabrın 13-də kəşfiyyata gedərkən o, düşmənin basdırdığı minaya toxunaraq həlak olub. Göyçay Şəhidlər xiyabanında dəfn edilib.
Mənbə: Ə.Əlioğlu. Ruhların səsi (Göyçay şəhidləri). Bakı, İşıq, 1995. s. 74.