(5.7.1957, Göyçay ş. – 3.12.2020, Bakı ş.) – hüquqşünas, vəkil, Azərb.-da ilk müstəqil hüquq mərkəzinin rəhbəri, Azərb. Resp. Vəkillər Kollegiyasının üzvü.
ADU-nun (indiki BDU) Hüquq fakültəsini bitirib (1978). Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlayıb. Sumqayıt ş. prokurorluğunda baş müstəntiq (1978-83), daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq (1983-91) kimi çalışmışdır. 1991 ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılmış, fəaliyyətini vəkil olaraq davam etdirmişdir. 1995 ildə “ADİSAD” hüquq firmasını təsis etmişdir. A.İsmayılov həm də ictimai xadim kimi tanınıb və mütəmadi olaraq dövri mətbuatda məqalələrlə çıxış edib.
Məlumat V.Abdullayevdən alınıb.