(26.4.1974, Göyçay r-nunun Qarabaqqal k. – 5.1.1993, Laçın r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1992 ilin iyununda hərbi xidmətə çağırılıb. Oktyabr ayında onun xidmət etdiyi hissə döyüş bölgəsinə göndərilir. Hümbətin ilk döyüşü Laçın r-nunun Haqnəzər k. ətrafında olub. Burada baş verən ağır döyüşlərin birində İsmayılov şəhid olub. O, doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.