(16.1.1969, Göyçay r-nunun Ləkçıplaq k.–24.1.1994, Kəlbəcər r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Göyçay ş. 106 saylı Texniki peşə məktəbində (İndiki Göyçay Peşə Liseyi) sürücülük peşəsinə yiyələnmişdi. İlk hərbi xidmətini 1987 ildə Gürcüstanın Duşeti ş.-də keçmiş, sonra bir müddət əmək fəaliyyətilə məşğul olmuşdu. 1993 ilin fevralında İsmayıl Milli Orduya çağırılır. Ağdərə ətrafında Sərsəng su anbarı və Mehmanədə gedən ağır döyüşlərdə yaralanaraq evə buraxıılır. Bir müddət kənd xəstəxanasında müalicə olunan İsmayıl 1994 ilin yanvarında təkrar cəbhəyə yola düşür. Kəlbəcər ətrafında gedən döyüşlərdə nümunəvi döyüşçü kimi ad çıxarır. Döyüşlərdə təqribən 60-dan çox erməni məhv edən İsmayıl Qanlıkənd uğrunda döyüşlərin birində şəhid oldu və yanvarın 29–da doğulduğu kənddə torpağa tapşırıldı.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi