(19.6.1964, Göyçay r-nunun Ərəbcəbirli k.-29.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra Göyçay ş. 58 saylı Texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1982 ildə əsgəri xidmətə çağırılır. İlk hərbi xidmətini Rusiya Federasiyasının Komi ş. daxili xidmət batalyonunda keçir. Hərbi xidmətdən sonra bir müddət həmin hərbi hissədə çalışmağa başlayır. 1986 ildə Vətənə qayıdaraq Mingəçevir ş. 69 saylı Texniki peşə məktəbinə daxil olur və həmin məktəbi bitirdikdən sonra bir müddət burada əmək fəaliyyətilə məşğul olur. 1993 ilin martında könüllü olaraq cəbhəyə yola düşür. O, Tərtər batalyonu tərkibində Ağdərə r-nunun Marquşavan k. və digər ərazilərdə gedən döyüşlərdə yaxından iştirak edir. 1994 ilin yanvarında Füzuli r-nunun Horadiz qəsəbəsində ağır yaralanıb və ertəsi gün şəhid olub. Üç gün sonra isə doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.