(19.2.1974, Göyçay r–nunun Mirzəhüseynli k.–20.1.1994, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ildə Göyçay Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumunu (indiki Göyçay Dövlət İdarəetmə və texnologiya kolleci) bitirib hərbi xidmətə yola düşüb. Çox keçmədən Füzuli bölgəsinə göndərilib. R-nun Seyidəhmədli k. uğrunda gedən döyüşlərdə ağır yaralanıb və iki gündən sonra şəhid olub. İsmayılov doğulduğu kənddə torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.