(1891, Göyçay r-nunun Bığır k.–1969, Göyçay r-nunun Bığır k.) – Lenin Ordenli Əməkdar müəllim (1955).
İsmayılov Qori seminariyasında təhsil alıb. 1930 ildə Göyçayın Bığır k. məktəbinin (hazırda 3saylı məktəb) əsasını qoyub. II Dünya Müharibəsinin tərkib hissəsi olan Böyük Vətən Müharibəsinin (1941-45) iştirakçısı olub. Mozdok ətrafında gedən döyüşlərdə ağır yaralanaraq, ordudan təxliyə olunub. Doğma kəndinə qayıtdıqdan sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Onun fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli maarifçi SSRİ Ali Sovetinin qərarı ilə 1955 ildə Lenin Ordeni ilə təltif olunub və ona Əməkdar müəllim fəxri adı verilib. Azərb. Resp. Nazirlər Kabinetinin 1991 il 12 sentyabr tarixli 306 saylı qərarı ilə Göyçay r-nunun Bığır k. məktəbinə Nəsir Nəsirullah oğlu İsmayılovun adı verilib.
Məlumat Rəşad Məmmədovdan alınmışdır.