(19.2.1974, Göyçay r-nunun Mirzəhüseynli k. – 20.1.1994, Füzuli r-nu Alxanlı k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunu (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) bitirib hərbi xidmətə yola düşüb. Çox keçmədən Füzuli bölgəsinə göndərilib. R-nun Seyidəhmədli k. uğrunda gedən döyüşlərdə ağır yaralanıb və iki gündən sonra şəhid olub. Doğulduğu k.-də torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.