(11.2.1963, Göyçay r-nunun Çərəkə k.) – i.e.n. (1992), dosent.
11 fevral 1963 ildə Göyçay r-nunun Çərəkə k.-də anadan olub. Orta təhsilini 1970-80 illərdə Ucar şəhər 1 saylı orta məktəbində alıb.
1984-88 illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə qəbul olunaraq ali təhsil alıb. 1988 ildə “Təsərrüfat fəaliyyəti və istehsalın səmərəliliyinin təhlili” kafedrasına işə qəbul olunub. 1988-92 illərdə isə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını “Lenin təqaüdçüsü” kimi fərqlənmə diplomu ilə bitirərək tam ali təhsil alıb. 1992 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturada təhsilini davam etdirib. 29 dekabr 1992 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində 08.00.12 «Mühasibat uçotu, statistika» ixtisası üzrə dissertasiya müdafiə etmiş və Rusiya Federasiyası Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2001 ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin «Uçot, təhlil və audit» kafedrasının doktoranturasına qəbul olunmuş və doktorluq dissertasiya işini müvəffəqiyyətlə başa çatdırmışdır.
1993-2000 illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Təsərrüfat fəaliyyəti və istehsalın səmərəliliyinin təhlili”, “İqtisadi təhlil” kafedralarında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb, 2005-2006 illərdə “Uçot-iqtisad” fakültəsində tədris işləri üzrə dekan müavini işləyib. 2006 ildə “Uçot-iqtisad” fakültəsinin ümumi yığıncağında dekan vəzifəsinə seçilib. 4 iyul 2006–oktyabr 2015 illərdə «Uçot-iqtisad» fakültəsinin dekanı vəzifəsində işləmişdir.
Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasının dosentidir. Onun elmi-metodiki əsərlərinə 1 dərslik, 3 monoqrafiya, 10 metodik vəsait, 6 metodik göstəriş, 35 elmi məqalə daxildir. Niyazi İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.29-30
https://unec.edu.az/dos-ismayilov-niyazi-musa-oglu/