( 11.05. 1954, Zərdab r-nunun Gəlmə k.) – RF-nin fəxri inşaatçısı (2004)
Əslən göyçaylı olan İsmayılov Rasimin atası müəllim olub, onun işi ilə əlaqədar olaraq bir müddət Zərdab r-nu Gəlmə k-də yaşayıblar. 1961 ildə Göyçay r-nunun Alxasava k. 8 illik məktəbin 1-ci sinfinə qəbul olub, 1971 ildə İnçə k. orta məktəbini bitirib. 1971 Ç. İldırım adına AzPİ-yə qebul olunub. 1976 ilde AzİMİ-da Sənaye və Sənaye Mülki Tikinti ixtisası üzrə tam kursu bitirib. 1976 ildə təyinatla RF-nin Krasnodar diyarının Novorossiysk ş.-nə, Xüsusi inşaat trestinə göndərilib. Şəhərin çoxsaylı mülki ve sənaye tikintilərində çalışaraq baş icraçı, baş mühəndis, baş direktor vəzifələrini icra edib.
Bu illər ərzində əmək fəaliyyətindəki peşəkarlığına görə RF tərəfindən bir neçə dəfə mükafatlandırılıb. İsmayılov 2004 ildə 25 iyul tarixində RF-nin fəxri inşaatçısı (Почетный строитель России) adına layiq görülüb. 2004 il 17 may tarixində Cənub federal ərazisinin Fəxri inşaatçısı (Почетный строитель Южного Федерального Округа), 2011 il 22 martda İnşaatda ləyaqət ordeni (Орден за заслуги в строительстве) ilə təltif olunub. Bunlardan əlavə çalışdığı müəssisənin çoxsaylı medalları ilə təltif olunub. Əmək veteranıdır.
Hal-hazırda Novorossiysk Dövlət Federal Unitar Müəssisəsi, “Xüsusi Tikinti Baş İdarəsi”ndə Sosial məsələlər üzrə rəis köməkçisi, veteranlar şurasının sədri kimi fəaliyyət göstərir.
Məlumat R.İsmayılovdan alınmışdır.