İsmayılova Naibə İsmayıl qızı 1950-ci ildə Göyçay rayonunun Mallı Şıxlı Kəndində anadan olub.
1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1966 ildən Göyçay rayonunun “Azərbaycan” təsərrüfatında başlamışdır. SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Millətlər Sovetinin Kənd təsərrüfatı komissiyasının üzvü olmuşdur. Xalqlar dostluğu, Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
Əd.: Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2002, s.202