(17.9.1972, Göyçay r-nunun Çərəkə k.–16.1.1993, Ağdərə r.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirdikdən sonra Bakıdakı 22 saylı Texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. İlk hərbi xidmətini Rusiya Federasiyasının Sankt–Peterburq ş. keçib. Sonra vətənə qayıdaraq 1992 ilin dekabrında torpaqlarımızın erməni işğalından müdafiəsinə yola düşür. O, Ağdərə bölgəsində gedən ağır döyüşlərdə iştirak edir. 1993 ilin yanvarında Çaldıran ərazisində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb və doğma kəndlərində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi