(2.9.1940, Göyçay r-nunun Bığır k.– 12.3.1997, Bakı ş.) – tibb ü.e.d.,professoru.
1940 il sentyabrın 2-də Göyçay r-nunun Bığır k.-də anadan olub. 1957 ildə kənd orta məktəbini bitirib. 1958 ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub. 1965 ildə həmin ali məktəbi bitirib Krasnoyarsk şəhərinə yola düşür və orada hərbi həkim kimi xidməti borcunu yerinə yetirir. Elə həmin ildə A.Kərimov Leninqradda (indiki Sankt-Peterburq) aspiranturaya qəbul olunur. 1967 ildə orada dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır. 1970 ildə Bakıya qayıdan həmyerlimiz Respublika Mərkəzi xəstəxanasının neyrocərrahiyyə şöbəsində fəaliyyətə başlayır. Eyni zamanda Tibb institutunda beyin xəstəliklərinin xüsusiyyətlərini tələbələrə tədris edən A.Kərimov öz tutarlı elmi məqalələrilə səhiyyəmizin inkişafına xidmət edir. 1974-84 illərdə çalışdığı şöbənin, 1984-97 illərdə isə Bakı ş. təcili yardım xəstəxanasında çoxsaylı zədələr şöbəsinin müdiri vəzifəsində çalışır. Tibb elmləri doktoru A.Kərimov 1997 il martın 12-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.41