(23.11.1938, Göyçay ş.–6.4.2017, Bakı ş.) – t.ü.e.d. (1989), professoru, Azərb. Stomatoloji Assosiasiyasının üzvü, “Əməkdar Elm xadimi” (2010).
1938 il noyabrın 23-də Göyçay ş.-də anadan olub. 1956 ildə Göyçay ş. 3 saylı orta məktəbi bitirib Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsinə daxil olub. 1964 ilədək həmin fakultədə təhsil alıb. 1964-68 illərdə Azərbaycan Tibb Universitetinin və Kiyev Tibb İnstitutunun aspirantı olub. 1968-87 illərdə Azərbaycan Tibb Universitetində dosent, stomatologiya fakultəsinin dekanı, institutun elmi katibi vəzifələrində çalışıb. 1989 ildə Kiyev Tibb İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. E.Kərimov Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının professoru, Azərbaycan Stomatoloji Assosiasiyasının üzvü idi.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010 il tarixli Sərəncamı ilə E.Kərimova “Əməkdar Elm xadimi” fəxri adı verilib. Alim 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin, səmərələşdirici təkliflərin müəllifi idi.
E.Kərimov 2017 il aprelin 6-da vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.40