(10.6.1973,Göyçay r–nunun Mırtı k.–10.1.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini 1991-92 illərdə Kirov vilayətinin Çepeyski r.-da keçib, sonra isə vətənə qayıdıb. 1992 ilin yayında Nəsimi Milli Orduya daxil olub. İlk döyüş yolu Ağdərədən başlayıb. Ağdərənin Kasapet, Mehmanə, Çıldıran k.-ləri uğrunda, Sərsəng su anbarı ətrafındakı gedən qanlı döyüşlərdə iştirak edib. 1993 ildə Nəsimi Ağdamın Muğanlı, Şıxbabalı, Şelli k.-ləri uğrunda gedən döyüşlərdə olmuş, sonra isə yaralanaraq Ağdamın hərbi xəstəxanasına göndərilmişdir. O, bir müddət Göyçayda da müalicə olunmuşdur. Müalicə olunduqdan sonra Beyləqan-Füzuli istiqamətlərindəki Nərgiztəpə, Haramı düzü ətrafındakı döyüşlərdə də iştirak etmiş və 1994 ilin yanvarında həmyerlisi şəhid Cəlalın meyidini döyüş zonasından çıxararkən şəhid olmuşdur. Doğulduğu k.-də dəfn olunmuşdur.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi