(3.4.1967, Göyçay r-nunun Alpout k. – 26.1.1994, Xocavənd r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra Sumqayıtda Texniki peşə məktəbində oxuyub, sonra isə 3 saylı Evtikmə kombinatında əmək fəaliyyətinə başlayıb. İlk hərbi xidmətini Xabarovskda keçib. Sonra vətənə qayıdaraq əmək fəaliyyətini davam etdirib. 1993 ildə Milli Orduya çağırılır. Muğanlı, Kropatkino k. uğrunda gedən ağır döyüşlərdə iştirak edir. 1994 ilin yanvarında Kropatkino k.-də mühasirəyə düşərək şəhid olub. O, doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.