(5.9.1935, Göyçay ş. – 3.2.2022, Bakı ş.) – şair, publisist, AYB-nin üzvü (2006), “Qızıl qələm” mükafatı laureatı (1970).
Göyçay ş. 4 saylı oğlan orta məktəbini 1954 ildə bitirib. ADU-nun (indiki BDU) Filologiya fakültəsini Azərb. dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib (1959). Tələbə ikən “Azərneftnəşr”də korrektor, eyni zamanda “Bakı” qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. Sonra Göyçay Musiqi Məktəbində müəllim (1960-67), “Neft daşları” qəzetinin redaktoru (1967-73), Bakıda Aşıq Ələsgər adına Resp. Xalq Yaradıcılığı Evində redaktor, Folklor şöbəsinin müdiri, direktor müavini (1973-78), Şamaxıda dərc olunan “Yeni Şirvan” qəzetinin redaktor müavini (1978-80), “Azərbaycan dəmiryolçusu” qəzetinin məsul katibi (1980-89), “Yeni fikir” qəzetinin məsul katibi (1989-93), “Müstəqil qəzet”in məsul katibi (1993-96) olub. 1996 ildən “Kirpi” satirik jurnalının bölgə müxbiri kimi fəaliyyətini davam etdirib. “Sevgilimə könül açdım” ilk mətbu şeirinə (1964) mahnı bəstələnmiş və həmin mahnı 50 ilə yaxındır ki, məşhur müğənnilərin repertuarına daxil edilib.
Əsəri:
Qətl yerində qətl. 2007.
Mənbə: T.Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı, “Nurlar”, 2011, s. 96.