(12.12.1947, Göyçay r-nu) – iqtisad e.d. (1994), prof., AMEA-nın İqtisadiyyat İnstitutunun Xarici iqtisadi əlaqələr bölməsinin baş elmi işçisi, Əməkdar müəllim (2020).
1961 ildə orta məktəbin 8-ci sinfini bitirərək, Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Texnikumda oxuyarkən 1963 ilin dekabr ayından Göyçay avtobazasında ilk əmək fəaliyyətinə başlayıb. Azərb. Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU) təhsil alıb. 1971 ildə təhsil aldığı institutun elmi, ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və institutu fərqlənmə ilə bitirdiyinə görə gənc mütəxəssis kimi institutda saxlanılıb. Bir il kafedrada laborant, baş laborant vəzifələrində işlədikdən sonra istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərb. Xarici Dillər İnstitutunun “Siyasi iqtisad” kafedrasına baş müəllim göndərilir.
1979 ildə Azərb. EA-nın İqtisadiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “İstehsalla istehlak arasında qarşılıqlı əlaqənin müasir xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994 ilin dekabr ayında Kiyev Universitetinin ixtisaslaşmış Elmi Şurasında “Bazar mexanizminin formalaşması və inkişaf problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad e.d. alimlik dərəcəsi alıb. Bir neçə il sonra prof. vəzifəsinə seçilib. 1998 ildə ADİU-nun, 2002 ildə isə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının üzvü seçilib. 2017 ildən ADİU-nun Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir. Hazırda ADİU-nun “İqtisadiyyat və idarəetmə” kafedrasının prof.-dur. 100-ə yaxın elmi məqalənin, bir neçə monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir. “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri” (2006), 2013 ildə isə “İqtisad elmi: aktual problemlər və real yanaşmalar” (2013) adlı dərslikləri dərc olunub. Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. AMEA-nın İqtisadiyyat İnstitutunun Xarici İqtisadi Əlaqələr bölməsinin baş elmi işçisi, həmin institutun ixtisaslaşmış müdafiə şurasının üzvüdür. 2015 ilin oktyabrından 2022 ilin sentyabrına kimi ADİU-nun yeni yaradılmış “Beynəlxalq iqtisadiyyat” kafedrasına rəhbərlik edib. İqtisad Universitetinin 85 illik yubileyi münasibəti ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Azərb. Respb. Prezidentinin 24 sentyabr 2020 il Sərəncamı ilə ADİU-nun 90 illiyi münasibətilə və Azərb.-da təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Mənbə: https://unec.edu.az/kerimli-irsad-abdul-oglu/