İnqilabdan əvvəlki Rusiyada aşağı kilsə təşkilatı tabeliyində ibtidai məktəb. XI əsrdə yaranmışdır. Rusiyada 1885 ildə 5517, 1905 ildə 42696 K.-m. m. olmuşdur. İnqilabdan əvvəl Bakıda, Yelizavetpolda (indiki Gəncə), Şamaxı, Quba, Lənkəran və Göyçay qəzalarında da K.-m.m. olmuşdur. Təkcə 1902 ildə Yelizavetpol qub.-nda 9 K.-m.m. (252 şagird, o cümlədən 75 qız) fəaliyyət göstərmişdir. Böyük Oktyabr sosialist inqilabından sonra ləğv edilmişdir.
Mənbə: ASE. 10 cilddə, V cild, Bakı, 1981, s.370