(29.11.1965, Göyçay r-nu – 3.10.1991, Ağdam ş.) – Azərb. Resp.-nın Milli Qəhrəmanı (1992).
1972 ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır.
1981 ildə Bakı ş.-nin Nizami r-nundakı 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1982 ilə kimi “Azərittifaq”ın reklam istehsalat kombinatında çalışmışdır. 1983-85 illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1987 ildə Qırmızı Bayraqlı Dəniz Donanmasının 109 saylı miçmanlar və praporşiklər məktəbinə daxil olmuşdur. 1990 ildə DİN xüsusi təyinatlı polis bölməsinə qəbul olunmuş, bir çox döyüş bölgələrində iştirak etmiş və qəhrəmanlığı ilə fərqlənmişdir.
1991 il oktyabr ayının 3-də digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ” markalı avtomobili ermənilər fasiləsiz olaraq atəşə tutmuş, Yuri həlak olmuşdur. Azərb. Resp.-nın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Yuri Kovalyova AR-sı Prezidentinin 6 iyun 1992 il tarixli 831 saylı Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib.
Bakı ş.-nin Şəhidlər xiyabanında dəfn edilib. Bakı ş. 229 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
Mənbə: Əsgərov V. Kovalyov Yuri Petroviç // Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları. Yenidən işlənmiş II nəşri. Bakı, 2010. s. 154;
Kovalyov Yuri Petroviç (1965-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova. Bakı, 2008, s. 114-115;
Seyidzadə M. Kovalyov Yuri Petroviç /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi. Bakı, 2010, s. 117.