(29.11.1965, Göyçay r-nu-3.10.1991, Ağdam ş.) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1992).
1972 ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır.
1981 ildə Bakı şəhərinin Nizami rayonundakı 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1982 ilə kimi “Azərittifaq”ın reklam istehsalat kombinatında çalışmışdır. 1983-85 illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987 ildə Qırmızı Bayraqlı Dəniz Donanmasının 109 saylı miçmanlar və praporşiklər məktəbinə daxil olmuşdur. 1990 ildə DİN xüsusi təyinatlı polis bölməsinə qəbul olunmuş, bir çox döyüş bölgələrində iştirak etmiş və qəhrəmanlığı ilə fərqlənmişdir. 1991 il oktyabr ayının 3-də digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ” markalı avtomobili ermənilər fasiləsiz olaraq atəşə tutmuş, Yuri həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Yuri Kovalyova 6 iyun 1992 il tarixində 831 saylı fərmanı “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Ailəli idi. İki qızı yadigar qalib.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərindəki 229 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
Əd.: Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kovalyov Yuri Petroviç – XTMD milis starşinası – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı. 1992, №13. s.24.- (Ölümündən sonra).
Əsgərov, V. Kovalyov Yuri Petroviç //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.154. Kovalyov Yuri Petroviç (1965-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-Bakı, 2008, s. 114-115.
Seyidzadə, M. Kovalyov Yuri Petroviç /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi. Bakı, 2010, s.117