Kürdşaban k.-də vaxtilə qədim məscid olmuşdur. Bu məsciddən, üç k.-in Kürdşaban, Yenikənd və Şəkili k.-lərinin əhalisi istifadə edirdi. K.-in imamı Seyran Əfəndinin dediyinə görə, k.-də məscid olmaqla bərabər, həm də Molla Kamal kişinin mədrəsəsi olmuşdur. Bu mədrəsədə çoxlu insanlar dərs almışdır. Molla Kamal kişi ərəb, fars dillərinin bilicisi olmuşdur. Molla Kamal kişinin davamçılarından biri də Molla Nüsrət baba olmuşdur. Bu insanlar mədrəsədə dərs verməklə bərabər həm də k.-də mollalıq etmişlər. Bu gün həmin insanlar xalq tərəfindən dərin hörmətlə yad edilir.
Hal-hazırda k.-də yeni kiçik bir məscid vardır. Məscid 1998 ildə Qatar Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə tikilib. Binanın ümumi sahəsi 90 kv.m-dir. İbadət zalı (7 m x 10 m) 70 kv.m-dir. Bu zalın ş.-də və q.-də 2 olmaqla 4 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar şm. hissədəndir. Qapı və pəncərə başları arkalıdır. Məscidin 2 m enində tac şəkilli sütunlarla bağlanmış məscid eni boyu uzanan eyvanı vardır. Məscidin 6 m hün.-də minarəsi vardır. Məscidin damı ağ dəmir örtüklə günbəz şəklində örtülmüşdür. Məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 64.