oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 15 km c.-ş.-də, Şirvan düzündədir. Ləkçılpaq variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim “meşəsiz ərazidə yerləşən Lək kəndi” mənasındadır. Əslində, ləkçılpaq və ya çılpaqlək ləklərin bir qolunun adıdır. XIX əsrə aid mənbələrdə qaşqayların tərkibində 100 ailəlik təyyibi-lək adlı bir tayfa haqqında məlumat verilir. Etnonimin birinci komponenti (təyyib) ərəb dilində “bürünmüş, sarınmış” mənasını bildirir. Ləkçıplaq təyyibi-lək adının qarşılığıdır.
Mənbə: ASE. 10 cilddə, VI cild, Bakı, 1982, s. 211;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 83.