(5.10.1988,Göyçay r-nun Çərəcə k.) – şair, publisist, jurnalist, AYB-nin (2015) və Azərb. Jurnalistlər Birliyinin üzvü (2013), Azərb. KİV İşçiləri Həmkarlar İttifaqının üzvü (2014), Həsən bəy Zərdabi adına Cəmiyyətin fəxri üzvü (2007), “Qızıl Qələm” (2014) mükafatı laureatı və Prezident təqaüdçüsü (2017).
Bakı Asiya Universitetində və Bakı Slavyan Universitetində ali təhsil alıb. İxtisasca filoloqdur. 2006-10 illərdə “Səs” qəzetində, 2012-15 illərdə Lent.az İnformasiya Agentliyində müxbir, 2015-16 illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib. 2016 ildən DQİDK-da baş məsləhətçi vəzifəsində çalışır. 1998 ildən bədii yaradıcılıqla məşğuldur. “Dünyada sözüm qalar” (2005), “Heydər zirvəsindən başlanan yol” (2009), “Dərsliklər haqqında…” (2013. İ.Tumasla birgə), “Dini radikalizmlə mübarizə və gənclər: İmkanlar və perespektivlər” (2017. O.Maşayevlə birgə), “Seçilənlər” (2018), “Vətən sevgisi” (2019) kitablarının müəllifidir.
Məlumat A. Məmmədli tərəfindən alınmışdır.