(18.5.2001, Göyçay r–nunun Şəkər k.–14.9.2022, Kəlbəcər r–nu ərazisində) – torpaqlarımızın erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid.
Azərbaycan Universitetində təhsil alırdı. 2021 ilin noyabrında ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. 2022 ilin sentyabrında Azərbaycan-Ermənistan dövlət sərhəddində – Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb, doğma k.-də torpağa tapşırılıb. Azərb. Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərb.Resp. ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında müstəsna şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Elnur Məhərrəmov 3 dərəcəli “Rəşadət” ordeni (05.11.2022) və “Vətən uğrunda” (05.11.2022) medalı ilə təltif olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.