(18.9.1973, Göyçay r-nunun Şahsoltanlı k.–22.7.1993, Ağdam r-nu ərazisində) – Birinci Qarabağ Müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra Qaraməryəm k. 179 saylı Texniki peşə məktəbində təhsilini davam etdirib. Sonra bir müddət kənddə əmək fəaliyyəti ilə məşğul olub. 1993 ilin aprelində cəbhə bölgəsinə yola düşüb. O, Ağamda və Novruzlu k.-də gedən döyüşlərdə fəal iştirak edib. 22.07.1993 il tarixində həmin döyüşlər zamanı ekipaj üzvü olduğu tankın qayadan aşması nəticəsində qəhrəmancasına şəhid olub və Göyçay r-nunun Şahsoltanlı k. dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi