(1959, Göyçay ş.) – kimyaçı alim, kimya e.n.(2009), dos.(2015).
1975 ildə Qəbələ ş. 1 saylı orta məktəbi bitirib.1977 ildə ADU-ya (indiki BDU) daxil olub. ADU-nu bitirib (1982). Sonra Qəbələ ş. internat orta məktəbində kimya müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1983-2001 illərdə müxtəlif təşkilatlarda əmək fəaliyyətini davam etdirib. 2001 ildən ADNA-da lobarant, həmin ildən 2015 ilə qədər kiçik elmi işçi vəzifələrində çalışıb. 2015 ildən ADNSU-da Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının dosentidir. Polibutadienin fosfoxlorlaşdırılması əsasında alınmış modifikatlarla bir sıra metalların sorbsiyasının tədqiqi ilə məşğul olub. Metalların sorbsiyası prosesləri üçün çox-funksiyalı effektiv sorbentlərin sintezi məqsədi ilə PB-in oksidləşmə fosfoxlorlaşması nəticəsində alınmış sorbentlərlə sistematik tədqiqatlar aparıb. A.Məlikova 1 metodik vəsait, 25 məqalə (onlardan 12-si beynəlxalq jurnallarda) və 9 tezisin müəllifidir.
Mənbə: http://fct.asoiu.edu.az/az/Department_Teachers_Single/2/65