(15.12.1927, Göyçay r-nunun Kürdşaban k.–12.1985, Bakı ş.) – fil.ü.e.d., prof.
1927 il dekabrın 15-də Göyçay r-nunun Kürdşaban k.-də anadan olub. Təhsilini Bakıda 190 saylı orta məktəbdə alıb. ADU-nun şərqşünaslıq fakültəsinin fars bölməsini bitirib. Moskvada Qorki adına Dil və Ədəbiyyatı İnstitutunun aspiranturasında təhsil aldıqdan sonra dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Daha sonra o, “Azərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemləri“ mövzusunda doktorluq disertasiyasını da müdafiə edib. A.Məmmədov iki yüzdən çox elmi tədqiqat əsərinin müəllifidir. Alim 1985 ilin dekabrında vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.58-59