(3.9.1973, Göyçay r-nunun Potu k.-23.7.1993, Ağdam r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1992 ilin aprelində hərbi xidmətə çağırılıb. Ağdamın Xıdırlı k. uğrunda gedən ağır döyüşlər zamanı düşmənin atdığı qranatomyot qəlpəsindən ağır yaralanaraq şəhid olub. Doğma kəndlərindəki qəbiristanlıqda dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi