(1.5.1974, Göyçay ş. – 7.5.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra Gəncə ş.-dəki Avtomobil istismarı texnikumuna daxil olmuşdu. 1992 ildə əsgəri xidmətə çağırılmış, sonra isə döyüş bölgələrinə yollanmışdır. O, Beyləqan-Füzuli cəbhələrində rəşadətli döyüş yolu keçmişdi. Coşqun 1994 ildə Füzuli r-nunun Kərimbəyli k. yaxınlığındakı ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi