(16.6.1974, Göyçay r–nunun Yeniarx k.–15.11.1992, Ağdərə r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini başa vurub, 58 saylı Texniki peşə məktəbində açılmış ticarət kursunda daxil olur. 1992 il iyulun 22-də hərbi xidmətə çağırılır və Daxili Qoşunların 17072 saylı hərbi hissəsində xidmətə başlayır. Çox keçmir ki, o, Tərtər bölgəsinə ezam olunur. Elə ilk günlərdən ağır döyüşlərə qatılır. Fuad Ağdərə r-nunun Çıldıran k. uğrunda aparılan qanlı döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Göyçay ş. Şəhidlər xiyabanında dəfn olunub.
Məlumat ailəsindən alınmışdır