(1934, Göyçay r.) – coğrafiyaçı, e.n. (1968).
1957 ildə BDU-nun Geoloji coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. 1960-63 illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1968 ildə «Cənubi Xəzərin qərb sahili və Abşeron rayonunda dəniz səviyyəsinin qeyri-dövrü tərəddüdü» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-73 illərdə Coğrafiya institutunun «Xəzər problemləri» bölməsində «Xəzər dənizinin iqtisadiyyatı» sektorunda çalışmışdır. Xəzər dənizi problemlərinə dair 80-dan çox elmi məqalənin müəllifidir.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s.160