(1953, Bakı ş.) – görkəmli Azərb. virusoloqu, tibb ü.e.d. (1991), prof. (1998), Rusiya Tibb Elmləri Akademiyasının akademiki (2004), Azərb.Əməkdar həkimi (2011).
Özbəkistan səhiyyəsinin tanınmış nümayəndələrindən biri olan həmyerlimiz Qiyas Məmmədovun oğludur. ATU-n Müalicə profilaktikası fakültəsini bitirib (1976). Sonra SSRİ Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Poliomielit və virus ensefaliti institutunun aspirantı olub (1980-84). Müsabiqə əsasında Azərb. Resp. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Radiologiya və Onkologiya İnstitutunun eksperimental terapiya laboratoriyasının müdiri (1985-88) və eksperimental terapiya şöbəsinin müdiri (1988-90) vəzifəsini icra etmişdir. Hazırda Azərb. Resp. Milli Onkologiya Mərkəzi Baş direktorunun elmi işlər üzrə müavinidir.
Əsərləri:
1. Мамедов М. К., Гаибов H.Т., Рустамов Р. Ш. Синдpом пpиобpетенного иммунного дефицита. Баку: Ишыг, 1991, 143 с.
3. Мамедов М. К., Гудpатов H.О. Твеpдофазный иммунофеpментный метод в сеpологической диагностике. Баку: Знание, 1992, 132 с.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.62