(15.3.1975, Göyçay r-nunun İnçə k.–22.7.1993, Tərtər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ilin aprelində hərbi xidmətə çağırılıb. Əvvəlcə Ağdərə r-nu istiqamətində gedən döyüşlərdə iştirak edir. 1993 ilin iyulunda isə Tərtər r-nunun Levonarx (indiki Göyarx) k. uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.