(26.3.1973, Göyçay r-nunun Çərəkə k.–7.3.1993, Beyləqan r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra 106 saylı Texniki peşə məktəbində təhsilini davam etdirib. 1992 ilin sonunda torpaqlarımızın müdafiəsi üçün Ağdam bölgəsinə yola düşüb. Manik və digər k. uğrunda döyüşlərdə fəal iştirak edib. Onun son döyüş yeri Beyləqan r-nunun Xaçınabad k. olub. Sahib 1993 ilin martında şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.