(1932, Göyçay ş.) – dövlət xadimi, SSRİ Ali Sovetinin deputatı (1988-91), Gəncə ş. Xalq Deputatları Sovetinin sədri, “Azərb. SSR əməkdar səmərələşdiricisi” fəxri adı (1960), “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri (1971-72) laureatı, dövlət qulluqçusu təqaüdçüsü (1995).
Göyçay ş. 4 saylı orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı ş.-nə gəlir və sənədlərini Azərbaycan Sənaye İnstitutuna verir. 1954 ildə həmin İnstitutu bitirərək təyinatla Sumqayıt Alüminium zavoduna işləməyə göndərilir. 1959 ildən həmin zavodun baş mexaniki təyin olunur. Azərb. hökumətinin göndərişi ilə 1962 ildə Gəncədə tikilən Alüminium zavodu üçün 5,7 mln rubl dəyərində olan texnoloji avadanlığı qəbul etmək üçün Çexoslovakiyaya ezam olunur. SSRİ Əlvan Metallurgiya Nazirliyinin razılığı ilə 1967 ildə Azərb.-da yaradılan xüsusi Tikinti Quraşdırma idarəsinin müdiri, 1970 ildə isə Gəncədəki İttifaq əhəmiyyətli Alüminium zavodunun direktoru vəzifəsinə təyin olunur. 4700 nəfər işçisi olan Kirovabad Alüminium zavoduna 7 il rəhbərlik edir.
1977 ildə ikinci dəfə Mərkəzi Komitəyə Heydər Əliyevin qəbuluna dəvət olunaraq, Kirovabad ş. Xalq Deputatları Sovetinin sədri seçilir və üç ilə yaxın bu vəzifədə işləyir. 1980-88 illərdə Əlvan Metalların Emalı zavodunda direktor işləyir. 1988 ildə II dəfə Şəhər Xalq Deputatları Sovetinə sədr seçilir və Azərb. Ali Sovetinindeputatı olur. Elə həmin ildən 1990 ilin mayına kimi şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışır. Bundan sonra SSRİ Ali Sovetinin deputatı kimi Sənaye və Energetika Komitəsində fəaliyyət göstərir.
İşlədiyi müddət ərzində yaxşı işinə görə çoxlu sayda fəxri fərmanlara, orden və medallara layiq görülüb.
Mənbə: http://goychay.cls.az/more/text/42224