(28.3.1991, Göyçay ş.-4.10.2020, Füzuli r–nu ərazisində) – Azərbaycan Silahlı Qüvvələrinnin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Bakı ş. Nəsimi r.-da yaşayıb. Dəmiryolu sahəsində çalışıb. 2020 il sentyabrın 27-də Azərb. Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərb.Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüqar Məmmədov ölümündən sonra “Vətən uğrunda” (15.12.2020) və”Füzulinin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif edilib.