(21.11.1956, Göyçay r-nunun Kürdşaban k.) – geologiya-mineralogiya elmləri namizədi (2004), dosent (2008).
1956 il noyabrın 21-də Göyçay r-nunun Kürdşaban k.-də anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərb. Dövlət Universitetinin (indiki BDU) geoloji coğrafiya fakultəsinin geologiya şöbəsinə daxil olub və 1979 ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə də elə həmin ildə Azərb. Resp. Geologiya İdarəsinin (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Kiçik Qafqaz geoloji kəşfiyyat ekspedisiyasında texnik geoloq kimi başlayıb.
1980-99 illərdə Azərb. Resp. Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (indiki Açıq Səhmdar Cəmiyyəti) “Azdövsutəslayihə” İnstitutunun “Mühəndis geologiyası və hidrogeologiya” şöbəsində böyük və aparıcı mühəndis kimi fəaliyyət göstərib. Sonralar Universitetin “Faydalı qazıntılar” muzeyində baş laborant, “Ümumi geologiya və hidrogeologiya” kafedrasında laboratoriya müdiri, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrasında baş müəllim kimi çalışıb. 2008 ildən hal-hazıra qədər isə “Hidrogeologiya və mühəndis geologiyası” kafedrasında dosent kimi fəaliyyətini davam etdirir. 2004 ildə “Samur-Dəvəçi dağətəyi düzənliyinin Dördüncü dövr çöküntülərinin yeraltı sularının mövcud hidrogeoloji şəraiti və geologiyasına texnogenezin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi adı alıb. 50-dən çox elmi əsərin, o cümlədən 1 dərslik, 2 monoqrafiya, 1 metodik göstəriş, 5 tədris proqramının müəllifidir.
Ailəlidir, 2 övladı var.
Mənbə: Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.28
http://geology.bsu.edu.az/az/content/kafedranin_dosent_423