Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi(MKS) 1975-ci ildə təşkil edilmişdir. M.Ə.Sabir adına Mərkəzi Kitabxana (MK), 3 şəhər kitabxanasından və 40 kənd kitabxana filialından ibarətdir. Rayonda ilk kitabxana ziyalıların təşəbbüsü ilə onların hədiyyə etdiyi kitabların hesabına 1923-cü ildə fəaliyyətə başlamışdır. MKS-in işçilərinin sayı 116 nəfərdir. Hazırda MKS-in kitab fondunda 321 min nüsxə çap məhsulu saxlanılır (2014). MKS-in İnternet ünvanı: www.goychay-cls.az
Əd.: Azərbaycan Kitabxana Ensiklopediyası, M.F. Axundov adına Milli Kitabxana, Bakı, 2015