(6.12.1969, Göyçay r-nunun Alpout k. – 31.8.1992, Gədəbəy r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1992 ilin iyulunda Milli Ordu sıralarına çağırılıb. Taqım komandirinin müavini olub. Gədəbəy r-nunun Mutudərə uğrunda gedən döyüşlərdə şəhid olub. 1992 il oktyabrın 4-də Alpout k. qəbiristanlığında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi;
E.Orucova. Bizi əsirlikdən qurtarın. Bakı, 2006, s. 394.