(1934, Göyçay r.) – coğrafiyaçı, coğrafiya ü.f.d. (1968).
1957 ildə BDU-nun Geoloji coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirib. 1960-63 illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub. 1968 ildə “Cənubi Xəzərin qərb sahili və Abşeron r-nunda dəniz səviyyəsinin qeyri-dövrü tərəddüdü” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-73 illərdə Coğrafiya İnstitutunun “Xəzər problemləri” bölməsində “Xəzər dənizinin iqtisadiyyatı” sektorunda çalışıb. Xəzər dənizi problemlərinə dair 80-dan çox elmi məqalənin müəllifidir.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s. 160.