(25.2.1957, Göyçay r-nunun Ləkçıplaq k.) – gəmiçilik sahəsində mütəxəssis.
Bakı Dəniz Yolları məktəbini gəmi sürücülüyü ixtisası üzrə bitirib (1977) və Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətində matros kimi əmək fəaliyyətinə başlayıb. 1979-85 illərdə Odessa Ali Dəniz Mühəndisləri İnstitutunda eyni ixtusas üzrə qiyabi təhsil alıb. 1978-86 illərdə kapitanın 3-cü və 2-ci köməkçisi vəzifələrində çalışıb. 1986 ilin aprelində Gəmiçilik Aparatının Kommersiya şöbəsində mühəndis vəzifəsinə keçirilib. 1990 ildən Gəmiçilikdə Xarici iqtisadi əlaqələr və kommersiya işləri xidmətində xidmət rəisinin müavini, 1992 ildən isə xidmət rəisi vəzifələrində çalışıb.
Azərb. Resp. Prezidentinin 22 oktyabr 2013 il 6 saylı Sərəncamına əsasən, Azərb. Dövlət Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və Məmmədov 2014 ilin fevralında Cəmiyyətin aparatında Kommersiya və Xarici əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. 2015 ilin iyul-noyabr aylarında aparatda İstismar-kommersiya departamentinin rəisi, 2015-16 sədrin müşaviri, 2016-17 Gəmiçiliyin törəmə şirkəti olan “ACSC Logistics” MMC-nin baş direktoru, 2017-22 ilin avqustuna qədər yenidən aparatda sədrin müşaviri vəzifəsində çalışıb. 2022 ildən “ACSC Logistics” MMC-nin baş direktoru vəzifəsində çalışır. Fəaliyyəti dövründə göstərdiyi xidmətə görə 2008 ildə Azərb. Resp. Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” , 2018 ildə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Məlumat D.Quluoğludan alınıb.